Yuxarı

BİZNESKAR LAYİHƏSİ HAQQINDA

Dəyərli Bizneskar,

Sizin hər birinizi salamlayıram. Əgər bu mətni oxuyursansa, deməli həyatında və işində dəyişiklik etməyə hazırlaşırsan və yaxud artıq dəyişiklik edibsən, biliklərini inkişaf etdirmək istəyirsən və daha da irəli getmək istəyirsən.

"BIZNESKAR" 2020-ci ilin iyun ayında Fuad Muxtarov, Aytən Muxtarova və Fəqan İbrahimov tərəfindən yaradılmışdır. Biznes, şəxsi inkişaf, karyera yüksəlişində insanlara xidmət edən bir qurum kimi fəaliyyətə başlamışdır. Bir müddət sonra Fəqan ibrahimov layihəni tərk etmiş və layihəni Fuad Muxtarov və Aytən Muxtarova davam etdirmişdir. Bizneskarın ilk videosu 27 iyun 2020-ci ildə kanala yüklənmişdir. Elə həmin tarixdə də YouTube kanalı və rəsmi saytı fəaliyyətə başlamışdır.

Eyni adlı YouTube kanalında birinci il ərzində yanlız layihə rəhbərlərinin video və məqalələri işıq üzü görmüşdür. Bir müddət sonra, yəni 4 mart 2021-ci ildə Aytən Muxtarovanın təşəbüsü ilə biznesdə ilk addımını atan qadınlar verlişə dəvət olunmuş və müsahibə, qarşılıqlı diskusiya tipli verlişlər hazırlanmışdır. Yaradılan kontent izləyici rəğbəti ilə qarşılaşdığı üçün müzakirə mövzuları daha da genişləndirilmiş, paralelində Azərbaycan biznesində öz sözünü deyən iş adamları qonaq qismində dəvət olunaraq yeni verlişlər hazırlanılmışdır. Beləliklə "Bizneskarın Qonağı" verlişinin əsası qoyulmuşdur. Aytən Muxtarova "Bizneskarın qonağı" verlişdə 6 qonağı qəbul etdikdən sonra 28 aprel 2021-ci ildə Fuad Muxtarov da bu verlişdə aparıcı qismində iştirak etmişdir. Verliş hal-hazırda da bütün sosial şəbəkələrdə yayımlanmaqdadır.

Sonrakı mərhələdə kanala yeni verlişlər əlavə olunmuşdur. İlk olaraq 2021-ci ilin avqust ayında "Bizneskar Səfərdə", 2022-ci ilin yanvar ayında "İşinin Peşəkarı", həmin ilin aprel ayında isə "Sağlam Həyat" verlişi idə kanalda yayımlanmağa başlamışdır. Gələcəkdə yeni layihələrin izləyicilərə təqdim olunması üçün daima iş gedir, yeni inovativ həllər axtarılır.

"Bizneskar Səfərdə" verlişinin yaradılmasının əsas məqsədi qonağı çəkiliş meydançasında deyil, iş prosesi aparılan məkanda, (ofis, mətbəə, qaraj, şəxsi mülk və.s.) iş başında çəkmək, iş prosesi və kadr arxasını izləyicilərə göstərmək olmuşdur. Bu verlişin çəkilişləri rəngarəngliyinə görə digər verlişlərdən fərlənmişdir.

"İşinin Peşəkarı" verlişi, əsasən, öz sahəsində, karyerasında müəyyən nəaliyyətlər əldə etmiş, sözün əsl mənasında, işinin peşəkarı olan şəxslərin dəvət olunduğu verlişdir.

"Sağlam Həyat" verlişi Fuad Muxtarovun şəxsi təşəbbüsü ilə ərsəyə gəlmiş verlişdir. O, özünü və digər insanları narahat edən yaşam və sağlamlıq problemlərini işıqlandırmaqla çıxış yolu tapmağa çalışır, təcrübələrini bu verlişdə izləyicilərlə bölüşür.

Hal-hazırda "BIZNESKAR" kanalı Azərbaycanda ən maraq doğuran verlişləri ərsəyə gətirir, hansı ki, biznes, motivasiya və özünü inkşaf səhəsində tanınmış kanallardandır.

"BIZNESKAR" adının mənasına gəldikdə, bu "biznes" və "kar" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Layihənin belə bir devizi də vardır ki, "biznesinizə kar olaq!" yəni “biznesinizə faydalı olaq!”. Bu ad ilk dəfə müzakirə əsnasında Fuad Muxtarov tərəfindən təklif edilmişdir.

Layihə yaradıldığı müddətdən gənc kollektiv daim kanalın inkişafı üçün dəvət olunmuşdur və proyektlərin ərsəyə gəlməsində yaxından iştirak etmişdir. Kanalda izlənilən bütün verlişlərin çəkilməsindən son halına gəlməsinə qədər olan işlər biznes foto və videoqrafı Hüseyn Qasımovun, Marketinq və SMM işləri isə Aydan Mahmudovanın nəzarəti altındadır. Əsas məqamlardan biri də atılan bütün addımların layihənin maraqları uğruna atılmış olmasıdır. Sonradan kanala Kopi-rayter və araşdırmaçı Sənan Mustafa da cəlb olunmuş və öz təklifləri ilə layihənin inkişafında yaxından iştirak edmişdir. Hal-hazırda Bizneskar komandası günü-gündən genişlənir və inkişaf edir.

Komanda yeni proyektlər üzərində çalışır, daim faydalı məlumatlarla izləyicilərin qarşısına çıxmaq prioritet hədəfləri kimi təyin olunmuşdur.

Bizneskar layihəsinin məqsədi biznesə ilk addımıarını atan və artıq biznesdə uzun müddət olan sahibkarların işlərində yardımçı olmaq, düzgün yola yönləndirmək və biznesləri üçün investisiya tapmaqda köməklik etməkdir. 

©BIZNESKAR - bütün hüquqlar qorunur. Müəlliflərin icazəsi olmadan materialların istifadəsi qəti qadağandır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.


BIZNESKAR sosial şəbəkələrdə:
✍️ Rəsmi sayt
✍️ YouTube
✍️ Facebook
✍️ Instagram
✍️ Linkedin
✍️ Telegram
✍️ Twitter
✍️ TikTok
✍️ Patreon
✍️ Spotify Podcast
✍️ Apple Podcast
✍️ Google Podcast
✍️ Digər Podcast kanalları
✍️ Kanalda iştirak etmək üçün