Yuxarı

Biznesdə ilk addımlar

Keçən dəfə də söz verdiyimiz kimi bu gün çalışacayıq ki, sizinlə analiz edək. Biznesə başlamaq istəyənlər və mövcud olan bizneslərini inkişaf etdirmək istəyənlər. Nə öyrənməlidir? Necə etməlidir? İlkin olaraq biznesə 0-dan başlayan insanlar müəyyən internet resurslarından istifadə edirlər. Youtube filmlərindən istifadə edirlər. Müəyyən insanların blog yazılarından istifadə edirlər. Özləri üçün ilham alırlar və başlıyırlar iş görməyə. Amma irəliləyən zamanda çox ciddi problemlər yaranır Nə üçün yaranır? Yəni hər hansı bir iş olsun, hər hansı bir biznes olsun qurulanda düzgün təhlil olmadan analitika aparılmadan başlanılan hər bir iş, atılan hər bir addım, sonda pis nəticələr verir və insanı ruhdan salır, həvəsdən salır, enerjisini əlindən alır. Bizim sizə tövsiyyəmiz odur ki, biznesə başlamadan öncə öz qabiliyyətinizi, biliyinizi, bacarığınızı imkanlarınzı, ətrafınızı yaxşı dəyərləndirəsiniz. Yəni, iş, biznes ancaq xəyal qurmaqdan ibarət deyil. Qurduğunuz xəyallar ancaq xəyalda qalır. Onlara reallığa keçirtmək çox çətindir. Biz ola bilər hər hansı bir Avropada yaşayan, Amerikada yaşayan istənilən dünyanın başqa, fərqli ölkələrində yaşayan biznesmenlərdən, məşhur insanlardan ilham ala bilərik. Onların həyatlarından özümüz üçün örnək götürə bilərik. Biz onu Azərbaycanda tətbiq etdiyimiz zaman, həyata keçirmək istədiyimiz zaman müəyyən çətinliklərlə, müəyyən əngəllərlə qarşılaşırıq. Bu da bizə gələcəkdə öz işimizdən qurulmadan, başa çatmadan əl çatmağa məcburiyyət yaradır, və biz geri dönüş edirik. Həyatda həm həvəsimiz tükənir, enerjimiz tükənir işə qarşı, biznesə qarşı nifrət yaranır bizdə. Başlıyırıq öz həyatımızla mənfi tərəfi ilə barışıb müəyyən əmək haqqılı işlərdə ömür boyu işləməyə. Sizə mən yerli misal olaraq nə misal çəkmək  istəyirəm. Biznesə başlayanda çalışacam ki, xarici dildə olan terminlərdən çox istifadə etmədən rahat danışıq dilimizdə istifadə etdiyimiz terminlərdən istifadə edim. Öz həyatımızda şahidi olduğumuz misallardan məsəllər çəkim ki, sizə başa düşülən olsun, anlaşılan olsun.

  Hər bir insanın həyatında istəyir qadın olsun, istəyir kişi olsun bir evlilik prosesi yaşanır Bizim həyatda qalmağımız üçün, mövcud olmağımız üçün bu labüddür Bunu etmək istəsək də, istəməsək də hardasa məcburuq. İlkin olaraq evlilik necə başlayır? Bunu biz bizneslə necə oxşada bilərik?  Orda necə bəhrələnə bilərik? Nə nümunələr götürə bilərik? Hər hansısa bir gənc qızla gənc oğlan müəyyən mənada bir - birlərini tanıdıqdan sonra, bir-birlərinə qarşı meyil olduqdan sonra bunların valideynləri dövriyyəyə girir. Analiz edirlər, təhlil edirlər. Bir tərəfin qohumları digər tərəfin qohumlarını təhlil edir. Bunlarla qohumluq etmək olarmı, olmazmı ? Bizim gənclərimizin gələcəkdə xarakteri üst-üstə düşərmi? Onlar ailələlərini davam etdirə bilərlərmi? Böyüklərin də rəyi alınandan sonra, ətrafın da rəyi alınandan sonra təsdiqlənir və çox xoşbəxt bir ailə modeli ortalığa çıxır. Əgər hər kəs xoş rəy verərsə. Biznes də belədir. Necə ki, elə insanlar var ki, qısa zaman ərzində xarici görünüşünə görə bir - birini tanıyırlar, bir - birinə qarşı meyilləri olur, tez bir zamanda evlənmək qərarı verirlər. Evlənirlər və irəliləyən zamanda onlar bir - birini daha yaxından tanıyanda görürlər ki, onların həyatı birlikdə davam etdirə bilməz. Əgər ortada uşaq da varsa ömürlər bəzən uşaqlara görə fəda edilmiş olur. Yəni bir - birinə qarşı olan münasibətlər soyuyur. Amma, ən azından, boşanmaq adı almamaq üçün uşaq, belə deyək, valideynsiz qalmaması üçün həyatlarını davam edirlər. Ancaq yaşadıqları evlilikdən, ailə həyatından, həyat tərzlərindən heç də xoşbəxt olmurlar. Həzz ala bilmirlər, ləzzət duymurlar. Biznes də belədir. Düzgün təhlil etmədən, analitika aparmadan öz imkanlarımızı, qabiliyyətlərimizi, görəcəyimiz işi dərindən öyrənmədən biz işə girişəriksə bir müddət sonra pul da qazana bilərik ordan. Amma yığdığımız borclar, apardığımız qanuni prosedurlar şirkəti qeydiyyatdan keçirdik, açdıq ordan biz rahatlıqla geri dönüş edib, ayrıla bilmərik. O bizim ayağımıza bir bağ olar. Bizim həyatımızı başlıyar məhv etməyə. Başqa bir işlərə də biz yönələ bilmərik və xeyli zaman itirmiş olarıq. Bunun üçün sizin hər birinizdən xahişim və sizə olan tövsiyyəm odur ki, hər hansı bir biznesə başlamadan öncə mütləq şəkildə çalışın yaxşı bir təhlil aparın. Yaxşı bir analiz edin. Ən başlıcası, özünüzü yoxlayın. Öz qabiliyyətlərinizə bələd olun. Siz nəyi mükəmməl bilə bilərsiz. Siz çox kitablardan , çox şəxslərdən eşidə bilərsiz ki, hər kəs hər şeyi bacara bilər. Bu tam yanlış bir şeydir, bu tam absurtdur. Nə üçün ? Allah Taala, təbiət bizi elə mövcud edib, elə biz varıq ki, gen olaraq hamımız bir - birimizdən fərqliyik. Yəni, hər kəs hər şeyi bacar bilməz. Bu yalandır, bu yalanlara çox aldanıb da öz həyatınızı risk altına atmayın. Sizinlə burada sağollaşıram. İnşallah növbəti videolarda görüşənədək.