Biznesdə qadınlar
Bu gün mən sizə Azərbaycanda fəaliyyət göstərən bizneslə məşğul olan xanımlar haqqında danışacam. Azərbaycanda çoxlu sayda bizneslə məşğul olan xanımlar var. Əvvəl aydınlıq gətirmək istərdim ki, bir çox insanlar düşünür ki, xanım bizneslə məşğul olursa ya evini atmalıdır və yaxud biznesini atmalıdır. Qadın evi və biznesi eyni anda eyni səviyyədə apara bilməz. Bu tamamilə yalnış bir fikirdir. Xanımlar onlara tapşırılan işlərin öhdəsindən çox asanlıqla və daha düzgün, səlist gələ bilirlər.
Bir xanım həm işinə, həm övladına, həm ailəsinə düzgün vaxt ayıra bilər. Bu, xanımın özündən asılıdır. Vaxt bölgüsündən işdə işlərlə məşğul olmalıdır. Ev işlərinə vaxt ayırmamalıdır. Evlə bağlı nələrisə etməməlidir və yaxud da evə getdikdə övladına vaxt ayırmalıdır. Ev işləri övladına ayıracaq vaxtları bölməməlidir. Həmçinin də, ev işləri ilə məşğul olmalıdırsa, ev işləri ilə məşğul olmalıdır. Övladının vaxtına keçməməlidir. Bunlar çox vacib məsələlərdir. Xanımların əsasən əsas şikayətlərindən biri bu olur ki, vaxt bölgüsü düzgün olmur. Vaxt bölgüsü düzgün olduqda heç bir yerdə narazıçılıq olmur. Nə övlad narazı qala bilir, nədə ailə. Ümumiyyətlə, hər bir sahədə xanımlara böyük tələbat olduğu kimi həmçinin də, biznesdə xanımlara da daha çox tələbat var necə ki, bir ailəni bir qadınsız, bir evi bir qız övladsız təsəvvür etmək olmursa biznesi də, həmçinin xanımlarsız təsəvvür etmək mümkün deyil.
Xanımlar biznesdə öz müxtəlif yanaşmaları ilə seçilirlər. 5 dənə bəyin bir məsələyə ayrı prizmadan baxırlarsa, xanımlar tamam başqa bir prizmadan baxırlar və xanımlar əsasən yatqın formada məsələlərə yanaşırlar. Yatqın formada məsələlərə yanaşmaq isə, insanlar arasında olan münasibətlərin daha uzun ömürlü və daha davamlı olmasına gətirib çıxarır. Bilirsiniz ki, tez-tez insanlarla dostluq münasibətləri pozulduqda, ətrafımızın dəyişməsinə gətirib çıxarır. Amma illərdir əməkdaşlıq etdiyimiz insanlar olduqda, bu insanlar arasında daha çox səmimiyyətin yaranmasına daha çox insanların bir-birini tanımasına xasiyyət, xarakterlərinin öyrənilməsinə gətirib çıxarır. Bir nüansı da nəzərinizə çatdırmaq istəyirəm ki, adətən, düşünürlər ki, xanımlar bizneslə məşğul olurlarsa mütləq ki, kimsə dəstəkçi bir şəxs var. Bu, ailə daxili və yaxud da ailə xarici ola bilər. Bu fikirlərin nə qədər doğru və yaxud da yalnış olduğunu bilmirəm. Amma bunu deyə bilərəm ki, xanımlar tamamilə dəstəksiz də öz bizneslərini açıb və tamamilə sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Biznes sahəsində, istərsə də bir başqa sahələrdə sadəcə, hər bir insanın köməyə ehtiyacı olur. Çünki bir insan hər bir şeyi bilmək məcburiyyətində deyil. Başqa insanlardan da mütləq şəkildə kömək almalıdır. Kömək aldıqları insanlar da onlara xanımlara əgər kömək edirsə, nə xoş həmin insanların halına. Əsas məsələlərdən biri odur ki, insan ilk öncə özünü tanımalıdır.
Qadınların özünü tanımağına çox təəssüf ki, zaman ayırmırıq. Qadınlar özlərini tanısalar onlar hansı sahədə bacarıqlı, bilikli, qabiliyyətli olduqlarını anlasalar və ordan tutub yola çıxsalar tam səmimiliyimlə deyə bilərəm ki, onlar 100% qalib olacaqlar. Qalib olmamaq şansı olmaya bilməz. Sadəcə nə lazımdır? Özlərinə inanmaq, öz qabiliyyətlərini bilmək. Bu, çox vacib məsələdir və həyatda insanın şansı mütləq ki gətirməlidir. Mütləq ki qarşısına çıxan bəy və yaxud ailə üzvlərindən qardaşı, atası, dayısı kimsə əgər ona dəstək də olursa, onun qabiliyyətinə inanıb, ona kömək edirsə, ona arxa, dayaq olurlarsa xanımların qolu-qanadı daha da artır. Bacarıq səviyyəsi daha da artır. Onlar edə bilməyəcəklərini belə "Edə bilərəm" deyib də boyunlarına çəkə bilərlər. Çünki onlarda mənəvi güc daha da böyük olur və mən bir şeyin şahidi olmuşam ki, xanımlar hər gün, hər səhər yeni arzularla dünyaya göz açırlar. Yeni arzular sanki bugün ilk gündür. Onları arzulayırmış kimi arzulayırlar və buna görə də mən xanımların qalib olacağını, xanımların daha çox biznes sahəsində müvəffəqiyyət və bacarıq əldə edəcəyinə inanıram. Ona görə də, əziz xanımlarımız, sizə öz gücünüzü kəşf etməyi, yəni, siz nəyi daha gözəl bacarırsınızsa, ola bilər bəziniz biznes sahəsində, bəziniz ev sahəsində, bəziniz tikişdə, hörgüdə və yaxud da saç ustalığında nələrisə mahir, çox gözəl, səlist şəkildə bilirsiniz. Hansı ki, düşünürsünüz ki, bu çox sadədir. Bunları hamı bilir. XEYR Bu, yalnış fikirdir. Bizə elə gəlir ki, biz bildiklərimizi hamı bilir. Əslində bu belə deyil. Eyni qonşuluqda yaşasaq da hər bir insanın dünya görüşü tamamilə fərqlidir. Tamamilə fərqli olduğuna görə sizin bildikləriniz yan qonşudakılar bilməyə bilər. Eyni yeri görə bilərik, amma eyni cür baxa bilmərik. Ona görə, əziz xanımlar, sizdən xahiş edirəm öz bilik və bacarıqlarınız üzərində çalışın. Təkmilləşdirin və əldə etmək istədiklərinizi həyata keçirin. İnanın ki, bu çox yaxşı olacaq.