Yuxarı

Biznesdə texnologiyaların rolu

Bu gün sizə aktual mövzu haqqında danışmaq istəyirəm. Bu elə bir mövzudu ki, hamımızın həyatında var, biznesində var. Bu məsələni həmişə önə çəkirik və hal-hazırda bizim biznesimizin ayrılmaz hissəsidir. Bu dediyimiz nədi? Bu texnologiyalardı və biznesdə texnologiyaların rolu mövzusunda müəyyən bir rublikadı. Əslində mən çox asanlıqla bu mövunu apara bilərəm. Nəyə görə? izah eləyim. Mən Bakı Dövlət universitetinin İqtisadı Nəzəriyyə ixtisasını qurtarmışam. Biznes üzrə müəyyən bir bakalavr olsada təhsilim var. Əlavə olaraq 10 ilə yaxındır ki, mən texnologiya sahəsində calışıram. Nəinki calışıram, öz şirkətim var və şirkətin rəhbəriyəm. Bizim yanımızda kifayət qədər professional mütəxəsislər işləyir. Həmişə yeni texnologiya və bu mövzuda yeniliklər olduqda biz müştərilərimizə məlumat veririk və onların işlərinin keyfiyyətinin artırılmasında bir başa iştirak edirik. Videomuza başlamamışdan qabaq, mən ilk növbədə demək istəyirəm ki, bu rublikanın çəkilişində, ümumiyyətlə işlərinin görülməsində müəyyən bir texnoloji məsləhətlərin verilməsində bizə İTPRO və TEXNAR komandalarının çox böyük dəstəyi var. Bu komdaların özlərinin YouTube səhifələri var, maraqlı videoları olur. Bu videonun aşağısında linkləri var daxil olub baxa bilərsiniz. Onların kanalında daha çox texnoloji mövzular, texnologiyada nə yeniliklər var. Bu bizim kanalda isə biz biznes mövzusunda yəni sizin bir bizneskar kimi inkşafınızda qarşınıza cıxan əngəllər, texnologiyanı necə tətbiq eləmək baxımından məsləhətlər sizə lazım ola bilər. Lazım ola bilər yox, bu bir biznesin ayrılmaz hissəsidir. Bu texnologiyaların köməyi ilə siz öz iş əmsalınızı, keyfiyyətinizi dəfələrlə artıra bilərsiniz. Artırmaqla daha yüksək nəticələr əldə edə bilərsiniz. Mən sizin üçün sadə bir müqayisələr aparmaq istəyirəm. Müqayisə nədən ibarətdir. Biz əgər  50 il bundan qabaq və indiki dövrü müqayisə etsək görərik ki, 50 il bundan qabaq işçi gün ərzində nə qədər iş görürdü və indiki işçi nə qədər iş görür. İşin keyfiyyət əmsalı nə qədər dəyişib. Əslində bu çox vacib bir göstəricidir. Hal-hazırda bütün şirkətlər bu göstəricini artırmağa calışır. Çünki işçilərin keyfiyyət əmsalının artması ümumiyyətlə biznesin inkişafına çox yaxşı təsir göstərir. Belə şirkətlərin həqiqətən gəlirləri coxalır, rentabelli olurlar. İşləyirlər və bazarda müəyyən bir çəkiyə malik olurlar. Müasir dövrdə texnologiyanı tətbiq eləməyən şirkətlər rəqabət qabiliyyətini itirir. Əlbəttdə ki, mən belə bir şirkət tanımıram. Amma bəzən rastlaşırsan ki, ümumiyyətlə kompyuterdən istifadə etmək istəmirlər və yaxud başqa texnologiyadan qaçırlar. Amma nəzərə almaq lazımdır ki, bu texnologiyaların hamısı bizim həyatımızın ayrılmaz hissəsidir. 
Bizim sizə bu mövzuda, rubrikada danışmağımızın məqsədi nədir? Sizin ilk biznesə addımlarınızı atanda, texnoloji seçimdə düzgün addımlar atasız, düzgün istiqamətdə irəlləyəsiniz. Çünki belə bir misal var, əgər siz başlanğıcda düz istiqamət götürməsəz, müəyyən bir vaxtan sonra görəcəksiniz ki, istədiyiniz nəticələri əldə etmirsiniz. Halbuki, calışırsınız amma rəqib komandalar daha çox texnoloji yeniliklərdən, inovasiyalardan istifadə edirlər və daha çox irəli gedirlər.
Texnologiyaların həyatımıza təsiri ilə bağlı müasir bir misal göstərmək istəyirəm sizə. Özünüz bildiyiniz kimi ölkədə mart ayında Pandemiya başladı və bütün iş yerləri demək olar ki, dayandı. Siz təsəvvür edə bilməzsiniz bu prosses necə ola bilərdi, əgər texnologiya olmasaydı. Mən burda qeyd etmək istəyirəm ki, Vergilər Nazirliyinin və digər dövlət qurumlarının hazırladığı bu texnoloji əsaslar, hansı ki bizə onlayn işləməyə imkan verdi və çətin vəziyyətdən bizi cıxardı. Təbii ki, bu bütün qurumlara aid deyil. Amma əksəriyyəti onlayn rejimdə işləyə bilirdi və iş keyfiyyətini həmin anda daha da artırrdı. Biz evdən oturub tamamı ilə sərbəst şəkildə işləyə bilirdik. Düzdü evdən işləmək bizim üçün vərdiş deyil. Adətən biz öyrəşmişik ki, harasa gəlib, oturub işləmək lazımdır. Amma xaricdə bu çox yaxşı praktikadır, istənilən insan rahatlıqla evdən işləyir, işini görə bilir və həmin məvacibi alır.  Sadəcə olaraq evində oturur, müəyyən bir tapşırıqları yerinə yetirir. Bu reallıqdı. Biz gördük ki, bu nə qədər praktikada tətbiq oluna bilər. Bu real olaraq bizim həyatımızda baş verdi. 
Siz təsəvvür eləyin ki, hətta 15-20 il bundan qabaq və indiki müasir dövrümüzdə bu proseslər necə gedir. Mobil texnologiyalar artıq həyatımızın bir ayrılmaz hissəsidir. Mən belə bir adam tanımıram ki, onda mobil telefon və mobil app olmasın və o, onunla işləməsin. Çünki müasir dövrdə biznesin inkişafında danışıqlar və yazışmalar üçün bu whatsapp yazışmaları, Microsoft Teams və digər maraqlı proqram platformaları üzərindən yazışmalardı. Video zənglərdi, danışıqlardı, daim onlayn olmaqdı, dünyanın istənilən yerindən sizlə əlaqə saxlamaq imkanıdı və sizin onlarla əlaqə saxlamaq imkanıdır. Bu çox vacibdir. Mobil texnologiyalar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. 
Mən indi niyə ümumi belə danışıram. Birinci mövzu bizidə ümumi danışıqdı. Yəni texnologiyalara girişdi, biznesdə texnologiyaların roludur və informasiya texnologiyalarının biznesə nə qədər inteqrasiya etdiyini sizə göstərməkdir. Sizə başqa bir misal da göstərmək istəyirəm. Müasir dövrümüz o qədər dəyişib ki, siz müəyyən bir iş aca bilərsiniz, müəyyən bir ideyanız var biznesinizi acırsınız və onu online platforma üzərindən qurusunuz. Təsəvvür eləyin ki, siz nəinki məhsulunuzu Azərbaycanda, hətta bütün dünyada belə sata bilərsiniz. Bu prosses çox vacibdi. Yəni sizin kimi başqa ölkədə yaşayan şəxslər də mallarını bütün dünyaya sata bilərlər. Bu qlobal bir inteqrasiyadır. Qlobalizasiya deyilən bir mözudur hansı ki, bizim həyatımızda artıq var. Bütün dünya bundan istifadə edir. Siz təsəvvür etməyin ki, sizin bazarınız ancaq Azərbaycanla bağlıdı. 10 milyonluq bazarınız var və bununla işləyirsiniz. 10 milyonluq bazarın demək olar ki, işlək vəziyyətdə olan 1-2 milyonudur. Tam alıcılıq qabiliyyətinə malikdir. Qalanları qocalar və uşaqlardı. Mən dəqiq statistikanı bilmirəm, sadəcə olaraq fərziyyələrimi irəli sürürəm. (Təcrübəm belə fərziyələr irəli sürməyə imkan verir) Amma siz təsəvvür edin ki, sizin 7 milyardlıq bazarınız var. 7 milyardlıq bazar sizə kifayət qədər böyük gəlirlər vəd edir. Məhsulunuzu dünya bazarına cıxarırsınız. Əsasən mən sizə qeyd edim ki, bu çox sadə bir misal idi. Biznesinizi quranda calışın daha böyük kütləyə yönlənəsiniz. Yaratdığınız bir biznesin inkişaf strategiyasını qurun. Strategiyasını elə qurun ki, nəinki Azərbaycan bazarı üçün, xarici bazar üçün də olsun. Bir brend yaradın. Siz deyə bilərsiniz ki, bu mümkün deyil.  Azərbaycan reallığında belə deyil. Alınmaz. Amma mən sizə gələcək mövzularımızda çox misallar göstərəcəm. Hansı ki, Azərbaycan brendləridir. Dünyada tanınır. Müəyyən işlər edirlər. Satışlarını edirlər. Biznes qururlar. Yəni bu mümkündür. Fikirləşmiyin ki, bu mümkünsüzdür. Amma texnologiyalardan düzgün istifadə etmək lazımdır. 
Texnologiyadan istifadənin başqa bir cəhəti ondan ibarətdir ki, texnologiya biznesinizin ayrılmaz bir hissəsidir. Nəzərə alın ki, biznesə başlayanda texnoloji komanda, mühasibat komandansı və marketinq komandanız bunlar tam şəkildə sizin yanınızda olmalıdır. Çünki bütün bunlar sizin strategiyanızın əsasında biznesinizin qurulmasına kömək edir. Siz müəyyən tapşırıqlar verirsiniz, istəyinizi bildirirsiniz və bu komandalar sizi həmin istiqamətə yönləndirir. Çox nadir halda mən görürəm ki, Azərbaycan reallığında şirkət həm IT komandanı cəlb edir, həm mühasibatlıq komandasını cəlb edir, həm də marketinq komandasını cəlb edir. Hamısı ilə birlikdə başlayır işləməyə müəyyən bir işlər görür, istehsalı başlayır, müəyyən bir xidmətləri göstərir. Təçrübə bizə onu göstərir ki, bu belə deyil. Yeni başlayan şirkətlər autsorsinq xidmətindən istifadə edirlər. Kənardan komandaları cəlb edirlər ki, onların işlərini görsünlər. İlkin mərhələdə bu daha səmərəlidir və daha düzgündür. Çünki strategiyanın belə qurulması, sizin  rentabelliyinizin artırılmasına çox təsir göstərir. İnformasiya texnologiyaları sahəsində bizimlə işləyən kifayət qədər çox şirkət var. Biz onlara texnoloji cəhətdən xidmətlərimizi göstəririk. Xidmət göstərməklə bərabər, öz ideyalarımızı, biznesdə olan texnoloji yenilikləri müştərilərə təklif edirik. Müştərilər bu yeniliklərdən istifadə edərək, bizneslərini yeni bir səviyyəyə çatdırırlar. 
Tarix boyu heç vaxt texnologiya bu qədər əl çatan olmayıb. Bu dəqiqə bizim yanımızdadı, əlimizin altındadı onların köməyi ilə müəyyən bir işlərimizi görə bilərik və biznesimizi çox rahatlıqla qurub idarə edə bilərik. İndiki şəraitdə çox vacibdir ki, ölkədə yaradılan şərait biznesin inkşafına müsbət təsir göstərsin. Hazırkı dövürdə yaradılan şərait mən hesab edirəm ki, daha da yaxşı ola bilər, amma bu Azərbaycan üçün çox yaxşı göstəricidir. Azərbaycan çox iri addımlarla irəlləyir. Mən arzu eləyirəm ki, elə bir dövr yaransın ki, avtomatik olaraq biz bütün prossesləri, bütün əməliyyatları onlayn şəkildə həyata keçirə bilək. Tam onlayn şəklidə. Getmək gəlməz olmasın. Düzdü bu bizdə demək olar ki, 80% azalıb. Təsəvvür edə bilmirəm, əvvəllər bizneslə məşğul olan insanlar necə işləyirdilər. Onların bütün günləri ora sənəd apar, bura sənəd apar, onu təsdiqlə, vergidən məktub al və yaxud da başqa bir quruma müraciət elə. Həddindən artıq çox vaxt itirirdilər. Bu Bizneskarlar ümumiyyətlə işlərini necə çatdırırdılar, nə qədər vaxt sərf edirdilər? Ona görə ölkədə biznes inkişaf eləmirdi. Əslində buna görə dövləti qınamaq lazım deyil. Biz bu iqtisadi quruluşa yeni gəlirik, yavaş-yavaş templərlə gəlirik, lakin daha yüksək templə də keçə bilərdik. Amma müharibə şəraitinin baş verməsi, həmin fonun iqtisadiyyata mənfi təsiri, digər daxili siyası  proseslər bu tempi zəiflətmişdir. Nəhayət stabillik olduqdan sonra, biz başladıq biznesdə müəyyən irəlləyişlər görməyə. Həqiqətən aramızdan çox bacarıqlı, öz işini bilən, yaxşı mütəxəsislərimiz var. Bu mütəxəsislər həm müəyyən bir sahələrdə işləyir, həm də bizneslə maraqlanırlar. Onlar biznesə yönlənməyə başladllar və bizneslərini inkişaf elərdirdilər. İndiki şəraitdə mən demək istəmirəm ki, hər şey idealdı və işləmək üçün çox yaxşı şərait var. Yox elə deyil. Müəyyən bir çətinnliklər təbii ki, hələ də var. Sevindirici hal nədir ki, bunun üzərində iş gedir, yenilənir. Dövlətin sahibkarlara dəstəyi çox vacib bir məsələdir. Bu dəstək nə qədər çox olsa, nə qədər əlverişli mühit yaransa daha çox biznesmenlər, bizneskarlar əmələ gələr və onlar ölkənin inkişafında, ölkənin beynəlxalq arenada tanınmasında  mühüm rol oynayarlar. Yadınızda saxlayın ki, texnologiyanı tətbiq etməyən, onu inkişaf elətdirməyən və texnoloji yeniliklərin dalınca qaçmayan şirkət inkişaf edə bilməz. Nəinki şirkət hətta dövlət səviyyəsində heç cürə inkişaf mümükn deyil. Texnologiya müasir dövrümüzün əsasını təşkil edir. Bu mühüm bir amildi. Bunu mütləq yadda saxlamaq lazımdı. Yadda saxlamaqla yanaşı bunu biznesdə tətbiq etmək lazımdı. Əgər siz biznesinizin rentabelli olmasını, müəyyən bir gəlir səviyyəsinə çatmasını istəyirsinizsə bu çox vacibdir. Vacib olduğu qədər də mühümdür və əhəmiyyətlidir. Dostlar videonu bu qədər uzatmaq fikirim yox idi,  sadəcə olaraq mən sizə izah eləməyə çalışdım ki, hal hazırda texnologiya bizim həyatımızda nə qədər rol oynayır. Nə qədər irəli gedib. Bu texnoloji prosseslər bizim işimizi nə qədər rahatlaşdırıb. Texnoloji inkişaf budu. Bu mövzuda müəyyən bir məsləhtləşmələr istəsəz, mövzularla bağlı fikirimi bilmək istəsəz, bizim komanda ilə və şəxsən mənimlə də əlaqə saxlamaq olar. Təbii ki, texnoloji mövzuda biz öz biliklərimizi və fikirlərimizi sizinlə bölüşə bilərik və biznesinizin inkişafını düzgün yönləndirə bilərik. Bu günlük isə dostlar bu qədər ümid eləyirəm ki, video sizin üçün maraqlı oldu. Əgər bu tipdə videolar sizin üçün maraqlıdırsa və  bu mövzuda videolarımızı davam etdirməyi istəyirsinizsə, kanalımıza abunə olun, bizim videoları paylaşın, like edin, şərhlərinizi yazın. Yeni videolarda görüşmək ümidi ilə, sağolun!